ABŞ məsuliyyəti İranın boynuna qoydu - Neft tankerinin sahibi təkzib etdi

  • 15:40 - 14 İyun

ABŞ Mərkəzi Qüvvələr Komandanlığı (CENTCOM) bu səhər paylaşdığı videoda SEPAH hərbçilərinin partlayış baş verən tankerə yaxınlaşaraq partlamamış minanı götürərək, gəmidən uzaqlaşdıqlarını açıqlamışdı. 

Avropa.info xəbər verir ki, lakin CNN telekanalında gedən bu kadrlarla bağlı hücuma məruz qalmış "Kokuka Courageous" neft tankerinin məxsus olduğu şirkətin direktoru Yutaka Katada əks açıqlama verib. 

Kata verdiyi açıqlamada hücumdan əvvəl gəmi heyətinin Hörmüz boğazı yaxınlarında uçan cismlər gördüyünü və İran donanmasına məxsus gəmi müəyyən edildiyini deyib. 

Katada gəmiyə mina, yaxud torpedo ilə hücum edildiyini zənn etmədiyini bildirib. Çünkü xəsarət gəminin su üzündə qalan hissəsində qeydə alınıb. O, ABŞ-ın tankerlərə qarşı mina hücumu təşkil edilməsinə dair iddialarla bağlı "Səhvdir" cavabı verib. 

Katada ilk zərbənin gəminin mühərrik bölməsinin yaxınlığına endirildiyini, ardınca gələn zərbənin gəminin sağ ön tərəfində xəsarətə yol açdığını bildirib. 

Xatırladaq ki, dünən Oman körfəzində üzən "Front Altair" ve "Kokuka Courageous" neft tankerləri hücuma məruz qalmaları ilə bağlı ABŞ donanmasını yardıma çağırmışdılar. Sinqapur və Taylandın neft məhsullarını daşıyan "Kokuka Courageous" gəmisi hücum nəticəsində iki zərbə almış, 21 nəfərlik gəmi heyəti təxliyyə edilmişdi. 


Oxunma sayı: 4983

Oxşar yazılar