Elçibəyin həyat yoldaşının dəfn ediləcəyi yer açıqlandı

  • 15:09 - 14 İyun

Azərbaycanın ikinci prezidenti Əbülfəz Elçibəyin bu gün Türkiyədə vəfat edən həyat yoldaşı Həlimə Əliyevanın dəfn ediləcəyi yer açıqlanıb.

Bu barədə APA-ya Əbülfəz Elçibəyin kürəkəni Aqil Səmədbəyli məlumat verib.

Onun sözlərinə görə, H.Əliyeva öz vəsiyyətinə əsasən doğulduğu Ordubad rayonunun Kələki kəndində dəfn olunacaq. Cənazə bu gün axşam saatlarından Bakıya gətiriləcək, Bakıdan isə Naxçıvana yola salınacaq.

Qeyd edək ki, 67 yaşlı Həlimə Əliyeva bu gün Türkiyənin İstanbul şəhərində vəfat edib. Mərhum xərçəng xəstəliyindən əziyyət çəkirdi.


Oxunma sayı: 12364

Oxşar yazılar