"11 sentyabr terror aktından 40 gün əvvəl xəbərim vardı" - Türkiyə kəşfiyyatının sabiq əməkdaşından sensasiyalı açıqlama

  • 14:24 - 14 İyun

Türkiyənin Milli Kəşfiyyat İdarəsinin (MİT) antiterror idarəsinin sabiq sədri Mehmet Eymür 11 sentyabr terror aktının baş verməsindən 40 gün əvvəl xəbərdar olduğunu, məlumatı MKİ-yə (CİA) verdiklərini, ancaq ABŞ kəşfiyyatının buna əhəmiyyət vermədiyini deyib. 

Avropa.info xəbər verir ki, 2001-ci ildə Nyu-Yorkun "Əkiz qüllələr" adlı göydələnlərinə təyyarə ilə təşkil olunan terror aktı ilə bağlı kəşfiyyat məlumatlarının az olması barədə müzakirələr hələ də davam edir. 

"11 sentyabrda 40 gün əvvəl xəbərimiz oldu. Biz MKİ-yə dedik, əməkdaşlarımız xəbər verdilər, əhəmiyyət vermədilər. Görək bəlkə indi o xəbər Amerikada əks-səda yaradar. Hadisə baş verdikdən sonra təlaş içində "bu xəbəri gətirən adamla necə görüşərik" deyə sorğu göndərdilər. Görüşdülər, sonra biz görüşdürdük" - Mehmet Eymür belə deyib. 

Eymür kəşiyyat məlumatı ötürən informatorla bağlı bunları deyib: 

"Narkotik alveri ilə məşğul olan bir türkdür. Şəxsiyyətini açıqlarkən ancaq adını verdim. Xətər toxunmasını istəmədim. Hələ sağdır, ya yox, bilmirəm. 11 sentyabr çox böyük hadisə idi. Minlərlə adam öldü. Qüllələr uçdu. Mən o vaxt Amerikada idim. Serial kimi izlədik o hadisəni". 
Mehmet Eymür sabah satışa çıxacaq "Deşifrə" kitabında 11 sentyabr terror aktından sonra ABŞ kəşfiyyatının onunla əlaqə saxladığını, Mustafa adlı şəxsi MKİ və FTB ilə görüşdürdüyünü yazıb.


Oxunma sayı: 6589

Oxşar yazılar