Təhsil naziri köçkün məktəbindəki “Son zəng”ə getdi – Fotolar

  • 14:03 - 14 İyun

Təhsil naziri Ceyhun Bayramov  Sumqayıt şəhərində yerləşən Qubadlı rayon Mirağa Əliyev adına Hal kənd tam orta məktəbində “Son zəng”  tədbirinə  qatılıb.

Avropa.info-nun məlumatına görə, nazir məktəbin 28 məzunu ilə görüşüb, “son zəng”lə bağlı onları və valideynlərini təbrik edib.

Qeyd edək ki, bu tədris ilində ölkənin ümumtəhsil məktəblərinin IX siniflərini 113 815, XI siniflərini 80 514, qiyabi (axşam) ümumtəhsil məktəblərinin XII siniflərini isə 674 şagird bitirir. 

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyindəki ümumi təhsil məktəblərinin IX siniflərini 28 993, XI siniflərini 19 786 nəfər bitirəcək. 45 616 nəfər isə I sinfi başa vurur. 

Həmçinin, ölkə üzrə 2 977 ümumi təhsil müəssisəsində fəaliyyət göstərən 5 200 məktəbəhazırlıq qrupunu 97 918 nəfər başa vurur.

Bundan başqa, yeni tədris ilində ümumtəhsil məktəblərinin I siniflərinə 164 234 uşağın qəbulu proqnozlaşdırılır. Onlardan 77 542-si qız, 86 692 nəfəri isə oğlandır.

 

 

 

 

 

 


Oxunma sayı: 27687

Oxşar yazılar