Əbülfəz Elçibəyin xanımı vəfat edib

  • 13:57 - 14 İyun

Mərhum prezident Əbülfəz Elçibəyin xanımı Həlimə Əliyeva iyunun 14-ü Türkiyədə vəfat edib. Xəbəri Azərbaycan Xalq Partiyasının lideri Pənah Hüseyn yayıb.

Əbülfəz Elçibəy Həlimə xanımla 1979-cu ildə ailə həyatı qurub. Onların bir qızı, bir oğlu var.

Avropa.info bildirir ki, 1938-ci ildə Ordubadın Kələki kəndində doğulan Əbülfəz Elçibəy 1960-cı illərdən siyasi fəaliyyətlə məşğul olub. 1975-1977-ci illərdə həbsdə olub.

1989-cu ildən Azərbaycan Xalq Cəbhəsinə (sonradan Azərbaycan Xalq Cəbhəsi Partiyası) sədrlik edib.

Əbülfəz Elçibəy 1992-ci il iyunun 7-də Azərbaycan prezidenti seçilib. Həmin ayın 17-də vəzifəsinin icrasına başlayıb.

1993-cü ilin iyun ayında hərbi-siyasi qiyamla devrilən Əbülfəz Elçibəy paytaxtı tərk edərək, doğma kəndinə köçüb. 1997-ci ildə paytaxta dönən sabiq prezident 2000-ci il avqustun 22-də ağır xəstəlikdən sonra Türkiyənin paytaxtı Ankarada vəfat edib, bir gün sonra Azərbaycan paytaxtında, Fəxri xiyabanda dəfn olunub.


Oxunma sayı: 15422

Oxşar yazılar