Milli Məclis büdcənin icrası haqqında qanun layihəsini II oxunuşda qəbul etdi

  • 14 İyn - 2019

Milli Məclisin (MM) bu gün keçirilən plenar iclasında "2018-ci ilin dövlət büdcəsinin icrası haqqında" qanun layihəsi müzakirə edilərək II oxunuşda qəbul olunub.

Ötən il büdcənin gəlirləri 22 508 869,7 min manat, xərcləri isə 22 731 644,5 min manat olmaqla təsdiq edilib.

Bu ilin əvvəlinə vahid xəzinə hesabının sərbəst qalığı 872 350 399 min manat olub.

Qanun layihəsi səsverməyə çıxarılaraq təsdiqlənib.


Oxunma sayı: 99

Oxşar yazılar