"S-400-lərlə bağlı geri addım atılmayacaq" – Çavuşoğludan ABŞ-a sərt cavab

  • 14 İyn - 2019

"S-400-lərlə bağlı heç bir halda geri addım atamayacağıq. Müstəqil və suveren millət olmaq üçün qətiyyətimizi davam etdirəcəyik". 

Avropa.info xəbər verir ki, bu açıqlama ilə Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu çıxış edib. 

"ABŞ bizə qarşı mənfi addımlar atarsa, bizim də atacağımız addımlar var. Amerika bu qərarları verdi deyə, "biz də səssiz-səmirsiz oturaq" anlayışı daha olmayacaq. Bizə qarşı neqativ davranış baş verərsə, biz də qarşılığını verəcəyik. Prezidentimizin rəhbərliyində bu işləri görürük" - Çavuşoğlu belə deyib. 

O, ölkəsinə hər hansı hücum olduğu təqdirdə NATO-nun Türkiyəni qoruyacaq qabiliyyətdə olmadığını deyib: 

"NATO hava məkanımızın 30%-ni qoruya bilir. Ən çox ehtiyacımız olan anda ABŞ, Hollandiya "Patriot" batareyalarını geri qaytardı. Bircə İspaniya və İtaliyanın HHM sistemləri qaldı. Əlbəttə, bu bir milli məsələdir. Müxalifətdən kütləvi məlumatlandırma tələbi gələrsə, əlbəttə, bunu da edərik. Amma bu məlumatları almadan "Türkiyə S-400-ü almasın" şəklində müxaliflik etməsinlər, bəzi şəxslərə qulluq etməsinlər". 


Oxunma sayı: 99

Oxşar yazılar