ABŞ Oman körfəzinə raket esminesi göndərdi

  • 11:42 - 14 İyun

Dünən neft tankerlərinə edilmiş hücumdan sonra ABŞ Oman körfəzinə "Mason" (DDG 87) raket esminesi göndərmək qərarı verib. 

Avropa.info xəbər verir ki, bu barədə ABŞ ordusu Mərkəzi Komandanlığı  (CENTCOM) məlumat yayıb. 

"Biz ABŞ hərbi donanmasının "Bainbridge" gəmisinin fəaliyyətinə hüç bir müdaxiləyə dözə bilmərik" - CENTCOM qeyd edib. 

Komandanlıq İranla müharibənin ABŞ-ın strateji maraqlarına cavab vermədiyini, lakin amerikalıların regionda gəmiçilik və ticarət azadlığını qoruya biləcəyini deyib. 

Qeyd edək ki, "Arleigh Burke" sinfinə məxsus "Mason" (DDG 87) raket esminesi "Tomahawk" raketləri ilə silahlanıb.


Oxunma sayı: 7304

Oxşar yazılar