İlham - Fərizə ailəsinə daha bir ağır itki

  • 14 İyn - 2019

20 Yanvar şəhidilərinin simvollarından biri İlham - Fərizə ailəsinə daha bir ağır itki üz verib. Bu gün Fərizənin anası Bağda Nəbiyeva vəfat edib.

Avropa.info Qaziler.az saytına istinadən bildirir ki, bu barədə İlham Allahverdiyevin qardaşı Elxan Allahverdiyev məlumat verilib.

Xatırladaq ki, ötən il bu ailə daha bir ağır itki yaşamışdı. İlham Allahverdiyevin anası Ofeliya İbrahimova vəfat etmişdi.

“Qarabağ Qazilər”, “Qarabağ Əlillərinə Qayğı” birlikləri, Fred Asif adına Milli Qəhrəmanları İnkişaf Fondu, Qaziler.az saytının kollektivi mərhumun ailəsinə dərin hüznlə başsağlığı verir, Allahdan rəhmət diləyir!


Oxunma sayı: 748

Oxşar yazılar