ABŞ neft tankerlərinə hücumda İranın əlinin olmasını əks etdirən görüntülər yaydı - Video

  • 11:07 - 14 İyun

ABŞ Silahlı Qüvvələrinin Mərkəzi Komandanlığı İran hərbçilərinin Oman körfəzində hücuma məruz qalmış neft tankerindən partlamamış mina çıxardığını əks etdirən görüntülər yaydığını iddia edib. 

Avropa.info xəbər verir ki, ABŞ tərəfi İran İnqilab Qvardiyası hərbçilərinin dünən hücumdan 11 saat sonra "Kokuka Courageous" gəmisindən mina çıxardığını bəyan edib.  

ABŞ hərbçilərinin məlumatına görə, hər iki tanker həyəcan siqnalı veriləndə Oman körfəzində beynəlxalq sularda bir-birindən 10 dəniz mili məsafədə üzüblər. Onlardan birində partlayış səhər 6:12-də, digərində saat 7:00-da baş verib. 

ABŞ hərbi donanmasının "USS Bainbridge" gəmisi isə Norveçin "Altair" tankerindən 40 dəniz mili məsafədə olub və partlayışdan sonra gəmiyə tərəf üzməyə başlayıb. ABŞ tankerdən xilas edilən dənizçilərin hazırda "Bainbridge" esminesində olduğunu bildirib. 

Qeyd edək ki, dünən Oman körfəzində üzən iki tanker hücuma məruz qalmış və daha sonra gəmilərdə partlayış baş vermişdi. Hücum zamanı mina və torpedolardan istifadə edildiyi bildirilir. 

ABŞ dövlət katibi Mayk Pompeo məsuliyyəti İranın üzərinə qoyub. İran ittihamları rədd edib. 


t5rZeMqvZ9g

Oxunma sayı: 5610

Oxşar yazılar