Rusiya XİN rəsmisi: "Oman körfəzində tankerlərə hücum hadisəsindən İrana qarşı istifadə edilməməlidir"

  • 21:00 - 13 İyun

"Oman körfəzində tankerlərə hücum hadisəsindən İrana qarşı istifadə edilməməlidir".

Bunu Rusiya xarici işlər nazirinin müavini Sergey Ryabkov bildirib.

Onun sözlərinə görə, baş verən hadisə anti-İran ovqatının gərginləşdirilməsində istifadə edilməməlidir: “Mən fürsətdən istifadə edərək tələsik nəticənin çıxarılmasından çəkinməyə çağırıram. Məsuliyyətin kiminsə üzərinə qoyulması cəhdi yolverilməzdir”.

Qeyd edək ki, iyunun 12-də Oman körfəzində Yaponiya, Tayvan və Omanın tankerlərinə hücum olub.

Xatırladaq ki, mayın 12-də Birləşmiş Ərəb Əmirliklərinin sularında 4 tankerdə partlayış baş vermişdi. ABŞ bu hadisənin məsuliyyətini İranın üzərinə qoyub. 

 

report


Oxunma sayı: 6479

Oxşar yazılar