Boris Conson Mühafizəkarlar partiyasının lideri seçkilərində daha çox dəstək qazanıb

  • 13 İyn - 2019

Mühafizəkarlar partiyasının lideri və Böyük Britaniyanın baş naziri postuna on namizəddən yeddisi Britaniya parlamentinin İcmalar palatasında tori üzvləri arasında keçirilən səsvermədə ikinci tura vəsiqə qazanıb.

Bu barədə səslərin hesablanmasından sonra partiyanın “Komitə 1922” parlament fraksiyasının nümayəndəsi Şeril Gillanməlumat verib. Hökumət başçısı postuna namizədlər arasında yalnız kişilər qalıb.

Səsvermənin ilk tutunun səddini aşmaq üçün namizədlərə 17 mühafizəkar deputatın və ya tori fraksiyasının İcmalar Palatasındakı üzvlərinin 5 faizinin dəstəyini qazanmaq lazım idi. Cəmi doqquz deputatın səsini əldə edən sabiq əmək və pensiya işləri üzrə nazir Ester Makvey, on səs toplayan maliyyə nazirinin sabiq müavini Mark Harper və 11 deputatın dəstəyini qazanan İcmalar Palatasının sabiq lideri (de-fakto parlamentin aşağı palatasında Britaniya hökumətinin təmsilçisi) Andrea Lidosm bu işin öhdəsindən gələ bilməyib.

Böyük Britaniyanın sabiq xarici işlər naziri Boris Conson namizədlər arasında ən çox səs toplayan siyasətçi olub. O, 312 deputatın 114-nün dəstəyini əldə edib. Onun ardınca 43 səslə Forin ofisin (Böyük Britaniyanın Xarici İşlər və Həmrəylik Məsələləri üzrə Nazirliyi) rəhbəri Ceremi Hant və 37 səslə ətraf mühit, ərzaq və kənd təsərrüfatının inkişafı naziri Maykl Qouv gəlir.

Səsvermənin ikinci raundu iyunun 18-də keçirilməlidir. Bu raundda namizədlər azı 33 deputatın dəstəyini qazanmalıdır. Partiyanın yeni liderinin və Böyük Britaniyanın baş nazirinin adı iyulun sonlarınadək məlum olmalıdır.


Oxunma sayı: 385

Oxşar yazılar