Əkrəm İmamoğlunun yalanını CHP də təkzib etdi : "Binəli Yıldırım sualları istəməyib"

  • 18:01 - 13 İyun

Türkiyənin müxalif CHP pariyasının deputatı, partiya sədr müavini Engin Altay İstanbul bələdiyyəsinə namizəd Əkrəm İmamoğlunun Binəli Yıldırımın canlı efirdə veriləcək sualları moderator İsmail Küçükkayadan istəməsi ilə bağlı xəbəri təkzib edib. 

Avropa.info xəbər verir ki, "Habertürk TV" telekanalında yayımlanan "Türkiyənin nəbzi" proqramına telefonla bağlanan Engin Altay iddialara cavab verib.  

İddialara cavab verən Altay "Xeyr, elə bir şey yoxdur. Əkrəm bəy "Binəli Yıldırım sualları istədi" deyə nəsə dedisə, mən onu bilmirəm", deyib. 

Qeyd edək ki, bundan öncə debatın moderatoru olacaq FOX TV aparıcısı İsmayıl Küçükkaya da İmamoğlununun yalan danışdığını deyib. AK Partiyanın namizədi Binəli Yıldırım isə İmamoğlunun ona böhtan atdığını bildirərək, üzr istəməsini tələb edib.


Oxunma sayı: 6083

Oxşar yazılar