İlahiyyat İnstitutuna yeni bina verilib

  • 18:00 - 13 İyun

"İlahiyyat İnstitutu və Mənəvi Dəyərlərin Təbliği Fonduna yeni bina verilib".

Modern.az-ın məlumatına görə, bunu Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı deyib.

Deputat bildirib ki, Prezident İlham Əliyevin sərəncamı ilə İlahiyyat İnstitutuna yeni bina verilib:

“Hazırda həmin binada təmir işləri aparılır. İlahiyyat İnstitutunun yeni binası Bakı şəhəri, Yasamal rayonu, Məhəmməd Naxçıvani küçəsində yerləşir. Bina 5 mərtəbədən ibarətdir. Binada təmir işləri yekunlaşdıqdan sonra tədris orada aparılacaq”.

M.Qurbanlı əlavə edib ki, həmin binada Mənəvi Dəyərlərin Təbliği Fondu da yerləşəcək:

“Hazırda Mənəvi Dəyərlərin Təbliği Fondu kirayə binada yerləşir. Bundan sonra hər qurum eyni binada yerləşəcək. Amma onların girişi ayrı-ayrı yerlərdən olacaq”.


Oxunma sayı: 5599

Oxşar yazılar