Putin jurnalistin həbsinə görə generalları işdən çıxardı

  • 17:10 - 13 İyun

Rusiya prezidenti Vladimir Putinin əmri ilə polis general-mayoru Yuri Devyatkin və Andrey DİN sıralarından qovulub. 

Avropa.info xəbər verir ki, bu barədə Kremlin mətbuat xidməti məlumat yayıb. Generalların qovulması ilə bağlı qərarı DİN naziri Vladimir Kolokoltsev təqdim edib. Generalların narkotik ittihamı ilə həbs olunmuş, daha sonra istintaq işinə son verilmiş jurnalist İvan Qolunova görə işindən azad olunduğu bildirilir. 

Qolunovu narkotik maddələrin satışında ittiham edirdilər. Jurnalistin həbsi böyük ictimai rezonans yaratmış, kütləvi atriazlara səbəb olmuşdu. 

Qeyd edək ki, general Devyatkin Rusiya DİN-nin Moskva üzrə narkotiklərin dövriyyəsi şəbəsinə başçılıq edirdi. Puçkov isə Moskvanın Qərb dairəsi üzrə idarəsinin sədri idi. 


Oxunma sayı: 4312

Oxşar yazılar