"Asiya oxu" ABŞ-ın dünya hegemonluğuna qarşı - 27 ölkə Düşənbədə bir araya gəlir

  • 15:41 - 13 İyun

ABŞ-ın təzyiqinə məruz qalan Asiya ölkələri 14-15 iyunda Düşənbədə toplaşacaq.  

Avropa.info xəbər verir ki, görüşdə terror təşkilatları, maliyyə hücumları, sanksiya və sabotajları ilə ən böyük qlobal təhlükəyə çevrilən ABŞ-a qarşı Türkiyə, Çin, Rusiya, Pakistan və İranın çox güclü cavab verməsi gözlənilir.  

Dünyanın diqqəti Asiyada Əməkdaşlığı və Qarşılıqlı Etibarı Artıran Tədbirlər Konfransının (CİCA) 5-ci dövlət və hökumət başçısları sammitində olacaq.  Rusiya prezidenti Vladimir Putin və Çin katibi Si Tzinpinin və Ərdoğanın iştirak edəcəyi konfransda Türkiyə prezidentinin iflasa uğramış qlobal sistemdə dəyişikliklər edilməsi ilə bağlı daha çox əməkdaşlığa çağırış edəcəyi gözlənilir.  

Qlobal məkanda dəyişən güc balansının vacib nümunəsi gözü ilə baxılan CİCA Asiyada əməkdaşlığın gücləndirilməsi məqsədi daşıyan çox vacib beynəlxalq təşkilatdır. Qitə əhalisinin 90%-nin əhatə etdiyi 27 ölkənin olduğu CİCA bütün dünyada qeyri-stabilliyin səbəbkarına  çevrilən ABŞ-a qarşı atılacaq addımların yol xəritəsini müəyyən edəcək.  

Bu ilki sammiti daha əvvəl keçirilən sammitlərdən fərqləndirən əsas cəhət CİCA-nın lokomotivi Çin, Rusiya, Türkiyə və Hindistan kimi ölkələrin ABŞ tərəfindən fərqli bəhanələrlə sanksiya hədəsi ilə üz-üzə qoyulması oldu. Vaşinqtonun iqtisadi, siyasi və hərbi blokadasına qarşı addım atmaq istəyən bu dörd ölkənin yeni dünyanın aktyorları kimi Düşənbədən güclü mesaj verməsi gözlənilir. 

Əlindəki "dollar" silahını ölkələrin iqtisadiyyatını çökdürmək üçün istifadə edən, beynəlxalq ticarət yollarının nəzarətini qorumaq naminə bir çox regionda xaosu alovlandıran, "təhlükə" kimi gördüyü aktyorların hərbi çevrilişlərlə devrilməsinə dəstək verən, cızdıqları xəritələri terror təşkilatları ilə həyata keçirməyə çalışan və sanksiyalar yolu ilə milyonlarla adamın həyatını təhlükəyə atan yevangelist-sionist ittifaqı Çin-Rusiya-Türkiyə əməkdaşlığı  ilə formalaşacaq Asiya oxu ilə qarşı-qarşıya dayana bilər. 

Çünkü ABŞ hazırda CİCA üzvləri üçün birinci dərəcəli təhlükə təşkil edir. Vaşinqtonun Pekin, Moskva, Ankara, Yeni Delhi, İslamabad və Tehranla bir çox sahədə münaqişəsi var. ABŞ-ın CİCA ölkələri ilə konfliktdə olduğu sahələr bu şəkildə sıralana bilər: 

Dollar təhdidi 

Son vaxtlar ABŞ digər dövlətlərin iqtisadiyyatlarını dollar vasitəsilə hədəfə götürür. Qlobal iqtisadiyyat üzərində dolların müəyyənedici gücünü silah kimi istifadə edən Vaşinqtona qarşı qlobal miqyasda yerli valyutalar vasitəsilə yeni ticarət sisteminin yaradılması ilə bağlı axtarış Düşənbədə müzakirə mövzusu olacaq.  

"Tək yol, tək nəsil" layihəsi  

Çinin "yeni İpək yolu" adlandırılan "Tək nəsil, tək yol" layihəsi ABŞ-a əsaslanan iqtisadiyyatı sarsıdacaq qüvvədədir. Asiya, Afrika və Avropada onlarla ölkəni birləşdirən trilyon dollarlıq layihədə Tacikistan da strateji əhəmiyyətə malikdir. 

Texnologiya müharibələri 

ABŞ və qərbli müttəfiqlərinin sanksiya və blokada təhdidi ilə üz-üzə qalan Çinin telekomunikasiya nəhəngi "Huawei"in də CİCA-da müzakirə olunması gözlənilir. Çin texnologiya firmasının Rusiyada 5G infrastrukturunu qurmasını açıqlaması Vaşinqtonun sanksiya siyasətinə böyük zərbə endirib. 

İŞİD 

Yaxın Şərq və Afrikada ABŞ-ın xaos siyasəti üçün əl meymunu vəzifəsini yerinə yetirən İŞİD terror təşkilatının son dövrlər Orta Asiyaya sızması Çin və Rusiya kəşfiyyat mənbələri tərəfindən müəyyən edilib. ABŞ-ın İŞİD-i Əfqanıstan və Fərqanə vadisinə gətirərək Orta Asiyanı yenə qeyri-stabilliyə sürükləmək istədiyi qeyd olunur. Düşənbə sammitində buna qarşı görüləcək tədbirlər müzakirə olunacaq. 

S-400 HHM sistemi  

Rusiya ilə S-400 müqaviləsini imzalamasından bəri ABŞ tərəfindən hədələnən Türkiyə raketlərin gələn ay təhvil verilməsi ilə yanaşı iqtisadi və hərbi sanksiyalarla da üz-üzə qalacaq. 

Birgə istehsalında rəsmi Ankaranın da iştirak etdiyi F-35 proqramında Türkiyəyə qarşı ayrı-seçkilik edən Vaşinqtona görünməmiş özbaşnalığa imza atıb. Türkiyə kimi Hindistan da S-400 HHM sistemi almağa hazırlaşır. Təbii ki, bu ölkə də ABŞ-ın şantajları ilə üz-üzədir.


Oxunma sayı: 14641

Oxşar yazılar