Abşeron və Bakının kurortları - Yay istirahəti üçün MDB-nin ən yaxşı 5-liyi arasında

  • 13 İyn - 2019

"TurStat" analitik agentliyi Rusiya turistlərinin yay istirahəti üçün Müstəqil Dövlətlər Birliyi (MDB) ölkələrinin ən yaxşı kurortlarının reytinqini hazırlayıb.

Avropa.info Trend-ə istinadən xəbər verir ki, MDB kurortlarının reytinqi Rusiya turistlərinin axını və infrastrukturunun inkişafı əsasında hazırlanıb.

Qazaxıstanın Burabay kurortu, Qırğızıstanın İssık-Kul gölü, Belarusun Naroç gölü, Abşeronun və Bakının Xəzər dənizinin sahilində kurortları reyting ilk 4 pilləsində qərarlaşıblar.

"TurStat"ın məlumatına əsasən, Rusiya turistləri yay istirahəti üçün büdcəsi bir sutkaya 50-110 dollar təşkil edir.


Oxunma sayı: 374

Oxşar yazılar