Əsəd rejimi Türkiyənin İdlibdəki bazasını atəşə tutdu - Üç hərbçi yaralandı

  • 13:17 - 13 İyun

Türkiyənin Suriyanın İdlib atəşkəs zonasında yerləşən 10 nömrəli nəzarət postuna minaatanlardan atəş açılıb. 

Avropa.info xəbər verir ki, bu barədə Türkiyə Müdafiə Nazirliyi məlumat yayıb. Atəşin Əsəd rejimin əlində olan ərazidən qəsdən açıldığı bildirilir. Baza ərazisinə düşən 35 mina nəticəsində üç türk hərbçisi yüngül yaralanıb.  

"Baza ərazisində yerləşən obyekt, təchizat və vasitələrin bir hissəsinə ziyan dəyib. Yaralı personalın təxliyə və müalicəsi davam edir. Hücumla bağlı Rusiya ilə rabitə əlaqəsi yaradılıb. Vəziyyət yaxından izlənilir" - nazirliyin açıqlamasında deyilir. 


Oxunma sayı: 5698

Oxşar yazılar