“Yeni rüsumlar heç bir gərginlik yaratmayacaq” – Komitə sədri

  • 13 İyn - 2019

“Ödənişli təhsil alan tələbənin bir illik ödənişi təxminən 3000-4000 manatdır. Özəl bağçaya gedən uşaqlar üçün isə aylıq 250-300 manat ödənilir. Ona görə də yeni rüsumlar heç bir gərginlik yaratmayacaq”.

Modern.az xəbər verir ki, bunu Milli Məclisin növbədənkənar iclasında "Dövlət rüsumu haqqında" qanuna dəyişiklik layihəsinin müzakirəsi zamanı parlamentin Elm və təhsil komitəsinin sədri İsa Həbibbəyli deyib.

Deputat bildirib ki, təklif olunan rəqəmlər təhsil müəsssilələri üçün üçün heç bir problem yaratmayacaq:

“Bunlar Azərbaycan reallığını əks etdirir və minimum xərclərdir”.

Qeyd edək ki, parlamenti iclasında özəl təhsil müəssisələrinin akkreditasiyadan keçməsi üçün rüsumları nəzərdə tutan layihə II oxunuşda qəbul edilib.


Oxşar yazılar