İran sahillərində iki neft tankeri partladı - Gəmilərə torpedo hücumu olub

  • 12:22 - 13 İyun

Oman körfəzində xam neft daşıyan iki böyük tankerdə partlayış baş verib. 

Avropa.info xəbər verir ki, bu barədə yerli mənbələrə istinadən İran dövlət televiziyası məlumat yayıb. Partlayışdan sonra tankerlər ətraf ölkələrindən gəmilərindən yardım istəyiblər. Ancaq tankerlərdən biri batmağa başlayıb.  

"Kokuka Courageous" adlı gəminin heyətinin təxliyə edildiyi, batma təhlükəsi olmadığını açıqlayıb. Heyətdən sadəcə bir nəfər yüngül yaralanıb. 

İnsidentlə bağlı açıqlama verən ABŞ donanması amerikan gəmilərinin regionda olduğunu və tankerlərə yardım etdiyini bildirib. 

"Reuters" agentliyi tankerlərin hücuma məruz qaldığını açıqlayıb. Agentlik Tayvannın CPC şirkəti tərəfindən icarəyə götürülən tankerin torpedo hücumuna məruz qaldığını iddia edir.

"Associated Press" körfəzdə qərarlaşan ABŞ-ın beşinci donanmasının hücumdan xəbərdar olduğunu, lakin detalları məlumata sahib olmadığını xəbər verib. 


Oxunma sayı: 6457

Oxşar yazılar