Zakir Qaralov Baş Prokurorluğun mətbuat xidmətinə yeni prokuor təyin etdi

  • 13 İyn - 2019

Baş Prokurorluğun mətbuat xidmətinə yeni prokuror təyin olunub.

Avropa.info APA-ya istinadən xəbər verir ki, Baş prokuror Zakir Qaralovun imzaladığı müvafiq əmrlə Əbdülsəməd Əzizli Baş Prokurorluğun mətbuat xidmətinin prokuroru təyin edilib.

Ə.Əzizlinin vəzifəsinin icrasına başlaması barədə məlumat Baş Prokurorluğun saytında da yerləşdirilib.

Qeyd edək ki, Ə.Əzizli bundan əvvəl Bərdə rayon Prokurorluğunun müstəntiqi, daha sonra Gəncə şəhər Prokurorluğun müstəntiqi və Gəncə şəhər prokurorunun köməkçisi vəzifələrində çalışıb. Baş Prokurorluğun mətbuat xidmətinin rəhbəri Eldar Sultanovdur.


Oxunma sayı: 594

Oxşar yazılar