"Türkiyə S-400-ləri alacaqdır demirəm, almışdır" - Ərdoğan

  • 13 İyn - 2019

Türkiyə prezidenti Ərdoğan AKP-nin iclasında çıxışında S-400 HHM sistemi və F-35 təyyarələri uilə bağlı danışıb. 

Avropa.info xəbər verir ki, Ərdoğan Türkiyənin F-35 təyyarələrinin sadəcə alıcısı deyil, həmçinin birgə istehsalçısı da olduğunu deyib: 

"Türkiyə S-400 müdafiə sistemlərinin alacaqdır demirəm, almışdır. Biz bu işi qurtardıq. Türkiyə F-35-lərin sadəcə müştərisi deyil, eyni zamanda istehsal ortağıdır. S-400-ləri əlverişli qiymətə almağımızla yanaşı, birgə istehsal sözünü alaraq müqaviləni imzaladıq. İnşallah qısa müddətdə gəlir". 

F-35 layihəsi ilə bağlı Ərdoğan "Prezident Trampla bu ayıns onu Yaponiyada görüşəcəyik. Orada bu mövzuları qarşılıqlı şəkildə danışacağıq". 

Türkiyə prezidenti ölkənin cənub sərhədlərində yaradılmağa çalışılan terror koridorunu darmadağın edəcəklərini bildirib: 

"Suriyada sərhədlərimiz boyunca yaradılmağa çalışılan terror kordirounu Cərablus-Afrn xəttində, şimali İraqda necə qırdıqsa Fəratın şərqində eyni formada parça-parça edəcəyik". 

Ərdoğan ölkədə siyasi qeyri-stabillik yaratmaq istəyən qüvvələrin varlığından xəbərdar olduğunu da biildirib:

"Siyasi qeyri-stabillik yaratmaq istəyən dairələrin oyunlarının fərqindəyik və əsla bu tələyə düşməyəcəyik. Gərginlik siyasətinə baş vurmadan, demokratiya, milli iradənin üstünlüyündən sapmayaraq, bu uzun, incə yolu qət edəcəyik". 

Ərdoğan Türkiyənin ayağına vurulmağa çalışılan iqtsadi qandalları da ən qısa vaxt ərzində qoparıb atacaqlarını bildirib.


Oxşar yazılar