Dünya 75 ildən sonra görüşən sevgililərdən danışır – Bu görüşdə göz yaşları sel oldu (Foto/Video)

  • 11:24 - 13 İyun

İkinci Dünya Müharibəsi zamanı Fransada bir-birilərinə aşiq olan amerikalı əsgərlə gənc fransız qızı 75 ildən sonra görüşüb.

Avropa.info xəbər verir ki, duyğusal anların yaşadığı görüşü Fransa telekanalı yayımlayıb.

1944-cü il... 24 yaşında ABŞ əsgəri KT Robbins Fransanın şimal-şərqində Briey qəsəbəsinə hərbi xidmətə göndərilir və orada 18 yaşlı fransız Jeannine Ganayeyə aşiq olur.

Sevgilisi ilə iki ay birlikdə qalan Robbins Şərq cəbhəsinə göndəriləncə onlar bir-birini bir daha görməyib.

Robbins də, Ganaye də evləndi, lakin gənc oğlan aşiq olduğu qızın şəklini ömrü boyu özündə saxladı.

Və 97 yaşındakı Robbins Normandiya əməliyyatının 75-ci ildönümü münasibətilə Fransaya gedərək, 92 yaşındakı Ganeye ilə bir araya gəldi.

Robbinsin Ganayeni görüncə ilk sözləri bu oldu: "Səni hər zaman çox sevdim. Heç bir zaman ağlımdan çıxmadın".

Jeannine isə sevgilisi Fransadan ayrıldıqdan sonra çox ağladığını və amerikalı sevgilisi geri dönər ümidiylə ingiliscə öyrəndiyini etiraf edib.

Onlar bir neçə saat bir yerdə olduqdan sonra yenidən görüşmək ümidi ilə ayrılıb və Robbins geri dönüb.


812bF8fLXLA

Oxunma sayı: 11473

Oxşar yazılar