Deputatlar bu gün növbədənkənar iclasa toplaşır - Gündəlikdə 36 məsələ var

  • 13 İyn - 2019

Bu gün Milli Məclisin növbədənkənar plenar iclası keçiriləcək.

Avropa.info xəbər verir ki, iclas iki gün davam edəcək. İclasın ilk günündə deputatlar əvvəlcə "Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili (ombudsman) haqqında" və "Normativ hüquqi aktlar haqqında" Azərbaycan Respublikasının Konstitusiya qanunlarında dəyişiklik edilməsi barədə məsələni müzakirə edəcək.

Daha sonra "Azərbaycan Respublikası Milli Məclisi deputatının statusu haqqında" və "Bələdiyyələrin fəaliyyətinə inzibati nəzarət haqqında", "Hesablama Palatası haqqında", "Azərbaycan Respublikasının Mərkəzi Bankı haqqında", "Dövlət rüsumu haqqında", "Yol hərəkəti haqqında", "Milli arxiv fondu haqqında", "Avtomobil yolları haqqında", "Mədəniyyət haqqında" və digər qanunlara, o cümlədən Əmək Məcəlləsinə, İnzibati Xətalar Məcəlləsinə dəyişiklikləri müzakirə edəcəklər.

İki gün davam edəcək iclasın gündəliyinə 36 məsələ daxildir.


Oxşar yazılar