İmişlidə 62 yaşlı kişi kanalda boğulub

  • 22:45 - 12 İyun

İmişli rayonunda 62 yaşlı kişi kanalda boğulub.

"Report"un məlumatına görə, hadisə bu gün axşam saatlarında rayonun Otuziki kəndində qeydə alınıb.

Kənd sakini, 1957-ci il təvəllüdlü Balayev Arazxan İnşallah oğlu su kanalında çimən zaman boğularaq ölüb. Meyit sudan çıxarılaraq tibbi ekspertizaya təhvil verilib.

Faktla bağlı araşdırma aparılır.


Oxunma sayı: 913

Oxşar yazılar