Gürcüstanda azərbaycanlı ər-arvadın xüsusi amansızlıqla qətlə yetirilməsi ilə bağlı saxlanılan yoxdur

  • 12 İyn - 2019

Gürcüstanın Qardabani rayonunun Aşağı Kəpənəkçi kəndində 5 gün öncə azərbaycanlı ər-arvad - İskəndər MusayevŞəfiqə Musayevanın xüsusi amansızlıqla qətlə yetirilməsi ilə bağlı hələ saxlanılan şəxs yoxdur.

“Report” xəbər verir ki, bu barədə Gürcüstanın “Rustavi 2” televiziya kanalının hazırladığı reportajda bildirilib.

Qətlin istintaqı bir neçə versiya üzrə aparılır. Qətlin sifarişli olduğu da istisna edilmir.

Digər versiyaya əsasən, qətlə yetirilənlərin oğlunun “oğru dünyası” ilə əlaqələri olub.

Musayevlərin oğlu Edik MusayevRusiyadan Gürcüstana qayıdıb. O, heç bir düşməninin olmadığını deyib. E.Musayev cinayət əməlinin “oğru dünyası” ilə əlaqəli olması iddialarını da rədd edib.

O bildirib ki, cinayəti törədənlərin evin divarında “Edik, tez gəl, səninlə hesablaşaq!” sözləri izi itirmək məqsədi daşıyıb. 


Oxunma sayı: 275

Oxşar yazılar