Bakıdakı final Johanssonun son matçı oldu…

  • 21:05 - 12 İyun

29 mayda ingilis klubları "Çelsi" və "Arsenal"ın iştirakı ilə Bakıda keçirilmiş Avropa Liqasının finalı UEFA-ının keçmiş prezidenti, 89 yaşlı Lennart Johanssonun son futbol matçı oldu. O, altı gün sonra, 4 iyunda dünyasını dəyişdi…

Virtualaz.org-un məlumatına görə, Bakıda keçirilən matçdan sonra Lennart Johansson Madridə-Çempionlar Liqasının finalına getməyi planlaşdırırmış, amma səhhətinin pis olması səbəbindən o və onunla birlikdə olan qulluqçusu Stokholmdakı evinə qayıtmaq qərarına gəliblər.

Yohansson Bakıda keçirilən finalda həmkarı və dostu, UEFA-nın İcraiyyə Komitəsində İsveçin hazırkı nümayəndəsi Lars-Kristian Olsson ilə son dəfə görüşüb.

"Bakıya səfər, ehtimal ki, ondan çoxlu enerji tələb edib", - deyə Olsson bildirib.

Təxminən bir həftə sonra UEFA-nın sabiq prezidenti yuxuya gedib və bir daha oyanmayıb.

Lennart Johansson UEFA-ya 1990-cı ildən 2007-ci ilə qədər rəhbərlik edib. O bu postda fransız Jak Jorju əvəz edib. Johanssonun dövründə təkcə idman deyil, həm də Avropa futbolunun kommersiya komponenti dəyişib. Halbuki UEFA ona qədər yalnız inzibati funksiyaları yerinə yetirirdi…

Johanssonun əsas nailiyyətlərindən biri də Avropa Çempionlar Kubokunu yenidən təşkil etməsi olub. Məhz o, turnirin formatını dəyişib və Çempionlar Liqası kimi tanıdıb. Çempionlar Liqasının mövcud emblemi və marşı da elə onun dövründə meydana gəlib.

Daha bir məqam: milli komandalar üçün yarışların statusu əhəmiyyətli dərəcədə artıb. Məhz Johansson, Avropa çempionatının final turnirində iştirakçı sayını 8-dən 16-ya çatdıraraq, qitə çempionatını dünya çempionatı ilə birlikdə ən populyar turnirlərdən birinə çevrilməsinə nail olub…


Oxunma sayı: 12914

Oxşar yazılar