“Qalatasaray”ın borcları 1,5 milyard lirəyə yaxınlaşıb

  • 18:47 - 12 İyun

Türkiyənin “Qalatasaray” klubunun borcunun ümumi məbləği müəyyənləşib.

APA-nın məlumatına görə, bunu İstanbul təmsilçisinin İdarə Heyətinin üzvü Kaan Kançal klubun növbəti Konqresi zamanı açıqlayıb.

Onun sözlərinə görə, “Qalatasaray”ın və bağlı olduğu ortaq layihələrin bu il martın 31-nə olan borcları 3 milyard 19 milyon 200 min lirəyə bərabərdir. K.Kancal klubun 1 milyard 583 min 400 min alacağı olduğunu da qeyd edib.

İstanbul nəhənginin almalı və verməli olduğu məbləğlər arasında fərq isə 1 milyard 435 milyon 800 min lirə təşkil edir.

Qeyd edək ki, ötən ilin sonunda klubun borcları 2 milyard 825 milyon 800 min, alacaqları ilə müqayisədəki rəqəm isə 1 milyard 265 milyon lirə idi.


Oxunma sayı: 11209

Oxşar yazılar