Azərbaycan sülhməramlıları Əfqanıstana yola salındı – Foto/Video

  • 17:10 - 12 İyun

NATO-nun "Qətiyyətli Dəstək” missiyasının tərkibində fəaliyyət göstərmək məqsədilə Azərbaycan Ordusunun bir qrup sülhməramlısı plana uyğun olaraq rotasiya qaydasında Əfqanıstana yola salınıb.

Bu barədə Avropa.info-ya Müdafiə Nazirliyindən məlumat verilib. 

Azərbaycan Ordusunun Əfqanıstandakı sülhməramlı missiyası 2002-ci il noyabrın 20-dən başlayıb.

Hazırda Azərbaycan Ordusunun 120 hərbi qulluqçusu, 2 hərbi həkimi və 6 qərargah zabiti olmaqla Əfqanıstandakı missiyada iştirak edir.

 

 


YPjKxce5GHU

Oxunma sayı: 3894

Oxşar yazılar