"Blef etmirəm, ABŞ bu vaxta qədər mənim kimi düşmənlə heç qarşılaşmadı" - ABŞ hökumətinin korrupsiya əməllərini əks etdirən sənədləri yayacaq

  • 12 İyn - 2019

Satış məqsədilə yazılan ilk antivirus proqramının yaradıcısı Con Makafi Vaşinqton hökumətinin korrupsiya əməllərini əks etdirən xeyli sayda sənədi sızdıracağını bildirərək "ABŞ hökuməti bu vaxta qədər mənim kimi düşmənlə heç qarşılaşmadı və artq hücuma məruz qalmayacam" açıqlaması verib. 

Avropa.info xəbər verir ki,  bazar günündən etibarən "Tvitter" hesabında yazdığı mesajlarda korrusiyaya bulaşmış siyasətçiləri və MKİ agentlərini ifşa etməyə sözü verən Makafi, vergilərlə bağlı təqiblərə son qoyulmayacağı təqdirdə korrupsiya əməllərini sübut edən xeyli sayda sənədi sızdıracağını bildirib. 

"Həbs olunanda və ya yoxa çıxanda 31 terabaytdan artıq məlumatı yayımlayacam" - deyən Makafi korrupsiyaya bulaşmış iki siyasətçi və bir MKİ agentinin adını da çəkib. 

Qeyd edək ki, əvvəllər cinayətə görə mühakimə olunan proqramçı Makafi Florida məhkəməsinin mart ayında açdığı "25 milyon dollarlıq səhv ölüm" işində günahkar sayılıb. O, qonşusu tərəfindən pulla tutulan killer tərəfindən öldürülməsi ilə bağlı iddiaları rədd edib. 

Vergi ittihamından qaçan Makafi Karib dənizində "Azadlıq qayığı" adlandırdığı yaxtada yaşayır. Sürgün həyatı yaşayan proqramçı yanvar ayında prezidentliyə namizədliyini də açıqlanmışdı. 


Oxşar yazılar