Moskvada etiraz aksiyası keçirildi - Yüzlərlə aksiyaçı saxlanıldı

  • 12 İyn - 2019

Bu gün Moksva mərkəzində həbs olunmuş jurnalist İlya Qolunova dəstək məqsədilə keçirilən kütləvi aksiyada 200-dən çox adam saxlanılıb.  

Avropa.info xəbər verir ki, bu barədə Rusiya DİN məlumat yayıb. Polisin məlumatına görə, etiraz aksiyasında 1200-dən çox adam iştirak edib. 

Polis etirazçılarla yanaşı "Kommersant", "Vedomosti", "Meduza", "Reuters", "Dojd" nəşr və agentliklərinin jurnalistlərini də saxlayıb. Müxalifət lideri Aleksey Navalnının da saxlanıldığı bildirilir. Üzərində "Mən Qolunovam" yazılı maykalar olan aksiyaçılar daha çox polisin hədəfinə gəlib. 

Polis etirazçılara qarşı dəyənəkdən istifadə edib, aksiyaçıları şəhərin ara küçələrinə tərəf sıxışdırıb. 

Qeyd edək ki, "Meduza" nəşrinin jurnalisti İvan Qolunovun külli miqdarda narkotikin satış üçün istifadəsi ittihamı həbs olunub. Jurnalist ittihamları rədd edərək, həbsinin peşəkar fəaliyyəti ilə bağlı olduğunu demişdi. 

Rusiya DİN jurnalistə qarşı aparılan istintaqa son versə də, jurnalistin həbsi ictimaiyyətdə geniş etiraz dalğası yaradıb.


Oxunma sayı: 495

Oxşar yazılar