"İmamoğlu istəyirsə, debatı CHP qərargahında keçirək" - Binəli Yıldırım

  • 12 İyn - 2019

Türkiyənin "Habertürk TV" telekanalının aparıcısı  Kübra Par İstanbul Böyükşəhər Bələdiyyə sədrliyinə namizəd Binali Yıldırım ilə reportaj hazırlayıb.

Avropa.info xəbər verir ki, Kübra Par müsahibə zamanı CHP-nin namizədi Əkrəm İmamoğlu ilə Binəli Yıldırım arasında baş verəcək debatın moderatorluğunun müzakirəsinə şahid olduğunu deyib.


"İstanbul Böyükşəhər Bələdiyyə sədrliyinə namizədi Binəli Yıldırım ilə iki gün davam edən bir görüşmə reallaşdırdıq. Prosesin ən mübahisəli məsələləri və İstanbul üçün etdiyi vədlərlə bağlı suallar verdim. Türkiyənin bir neçə gündür müzakirə etdiyi ortaq debatın planlanma məsələlərinə şahid oldum. Bizim söhbət əsnasında CHP-dən Engin Altay Binəli bəyə zəng etdi. Hörmətli Binəli bəy telefon danışığında moderatorun FOX TV-dən İsmayıl Küçükkayanın olmasından çox rahat idi. Hətta moderator məsələsində son qərarı Əkrəm İmamoğlunun verməsini istədi. Eyni zamanda İmamoğlu istərsə debatın CHP qərərgahında keçirilə biləcəyini təklif etdi" - jurnalist belə deyib.

Avropa.info


Oxşar yazılar