Kuçka: “Azərbaycan millisinin qapısından vurduğumuz qədər də top keçirə bilərdik”

  • 15:09 - 12 İyun

"Hər dəfə qol vuranda gözəl hisslər yaşayırsan. Azərbaycanla səfər matçında uzaq zərbədən sonra rəqib qapısının torunu silkələdim”.

Avropa.info APA-ya istinadla xəbər verir ki, bunu Slovakiya millisinin futbolçusu Yuray Kuçka deyib.

Azərbaycan yığması ilə AVRO-2020-nin seçmə oyununda vurduğu qolla komandasının 5:1 hesablı qələbəsində pay sahibi olan yarımmüdafiəçi görüş barədə fikirlərini açıqlayıb:

"Uzun müddət idi qol vura bilmirdim. Bu dəfə fərqləndiyimə sevinirəm. Rəqib fərqi azaldandan sonra hesabı 3:1-ə çatdıra bildik. Azərbaycan futbolçuları topla yaxşı rəftar edirdilər. Çox ağır oyun idi. Havanın isti olmasını da nəzərə almaq lazımdır. Bu qələbə kənardan göründüyü qədər asanlıqla əldə olunmadı. Düzdür, biz rəqib qapısından vurduğumuz qədər də top keçirə bilərdik. Bunu bacarsaydıq, tariximizin ən böyük qələbəsini əldə edəcəkdik”. 


Oxunma sayı: 4961

Oxşar yazılar