Gürcüstanda dalbadal iki zəlzələ baş verdi

  • 12 İyn - 2019

Gürcüstanda ardıcıl olaraq iki zəlzələ olub.

Bu barədə İlya İnstitutunun Seysmoloji Monitorinq Mərkəzi məlumat yayıb.

Yeraltı təkanlar yerli vaxtla saat 12:44-də Axaltsixe rayonunda Atskuri kəndində qeydə alınıb. Bir dəqiqə intervalla kənddə 3,3 və 3,5 maqnitudalı zəlzələ olub.

Yerli sakinlər zəlzələni hiss ediblər.

Zəlzələ dağıntılara səbəb olmayıb. (Report)


Oxşar yazılar