Türkiyənin F-35 proqramından çıxarılması İsrailə hansı üstünlüyü verəcək? - "Haaretz" yazdı

  • 12 İyn - 2019

"Haaretz" qəzeti ABŞ-ın Türkiyənin F-35 layihəsindən çıxarması halında İsrailin regionda hərbi üstünlüyünün artacağını yazıb. 

Avropa.info xəbər verir ki, Amos Harel adlı jurnalist Türkiyə və İsrail düşmən olmasının sirr olmadığını, İsrail yönündən baxıldıqda Türkiyənin F-35 proqramından çıxarılmasının elə də mənfi proses olmadığını yazıb. O, belə hal baş verərsə, İsrailin regiondakı hərbi üstünlüyünün daha da aratacağını qeyd edib. 

Məqalədə İsrail Hava və Kosmik Sənayesinin F-35 təyyarələri üçün detallar istehsal etdiyi bildirilir. Bundan əlavə Türkiyənin F-35 motorlarının təmiri üçün mərkəz qurmaq fəaliyyətinin aparıldığı qeyd olunur. 

Türkiyə müdafiə naziri İsmail Demir 2018-ci ildə verdiyi müsahibədə F-35 təyyarələri motorlarının xidməti və təmiri mərkəzinin Türkiyə olduğunu demişdi.  
Məqalədə "əgər Türkiyə ilə müqavilələr ləğv olunarsa və Türkiyə F-35 layihəsindən çıxarılarsa türk firmalarının boşalacaq istehsal sahəsini israilli hərbi firmaların dolduracağı və İsrailin daha çox məsuliyyət daşıması üçün açılacağından" bəhs edilir. 

Harel Pentaqon ilə İsrail Müdafiə Nazirliyi arasında israilli hərbi şirkətlər ilə yeni müqavilələr üçün bir "təklif paketi" formalaşdırılacağı məsələsində qarşılıqlı razılığın olduğunu iddia edir. 

İsrailli jurnalist Türkiyə prezidenti Ərdoğanın proqnozlaşdırılmayan lider olduğunu qeyd edərək, "İsrail və "Həmas" arasında münaqişənin böyüdüyü bir ssenaridə Türkiyənin necə davranacağını təhmin etmək çətindir" yazıb. 


Oxunma sayı: 154

Oxşar yazılar