"Hərbi xidmət yalnız Türkiyə və Azərbaycanda mövcuddur" - PKK-nın siyasi qolu HDP Azərbaycan-Türkiyə hərbi təlimlərinə qarşı

  • 12:15 - 12 İyun

Türkiyə parlamentində yeni hərbi qanunun müzakirəsi zamanı qalmaqal baş verib.  
 

Avropa.info xəbər verir ki, PKK-nın siyasi qolu HDP-dən olan deputat Kamal Bülbül hərbi xidmətin əleyhinə çıxış edərkən Azərbaycanın da adını çəkib.

"Hərbi xidmətin hərbi hissədə edilməsi zəruri deyil. Ümumiyyətlə hərbi xidmətin olmaması  fikirindəyik. Çünki Avropa Şurasının üzvü olan ölkələrdən yalnız Türkiyə və Azərbaycanda hərbi xidmət mövcuddur" - HDP-li deputat belə deyib. 

HDP-li deputatın bu fikirləri AK Partiya və MHP-li millət vəkilləri tərəfindən sərt təpki ilə qarşılanıb. 

Siyasi ekspertlər isə HDP-li deputatın bu fikirlərinin Türkiyə ordusunun zəiflədilməsi məqsədi güddüyünü bildirirlər. Eyni zamanda HDP-nin Azərbaycanla Türkiyənin birgə hərbi təlimləri zamanı belə bir açıqlama ilə çıxış etməsi diqqətdən qaçmayıb.

HDP’li isimden garip öneri! “Vatani hizmet kışlada değil…”

Oxunma sayı: 6655

Oxşar yazılar