AFFA-da təcili iclas: Uğursuz nəticələr müzakirə olundu

  • 12:07 - 12 İyun

Avro-2020-nin seçmə mərhələsində dünən keçirilmiş Azərbaycan – Slovakiya oyunundan sonra “Bakcell Arena”da AFFA-nın İcraiyyə Komitəsinin təcili toplantısı keçirilib.

Avropa.info AFFA-nın saytına istinadən xəbər verir ki. Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin də dəvət olunduğu iclasda millinin son iki oyunda göstərdiyi uğursuz nəticələr müzakirə olunub. 

Baş məşqçi hər iki qarşılaşma ilə əlaqədar İcraiyyə Komitəsinə qısa hesabat verib və bildirilib ki, yaxın günlərdə ətraflı hesabat təqdim olunacaq.

İcraiyyə Komitəsinin ümumi rəyi belə olub ki, Azərbaycan milli komandasına dəvət olunan futbolçular üzərlərinə düşən məsuliyyəti dərk etməli, bütün oyunlarda var gücləri ilə mübarizə aparmalı, heç bir halda imkanlarından aşağı səviyyədə çıxış etməməlidirlər.


Oxunma sayı: 8569

Oxşar yazılar