ABŞ türk pilotların F-35 təlimini dayandırdı

  • 12 İyn - 2019

ABŞ-ın Arizona ştatında Luk avibazasında F-35 təyyarələrini sınaqdan keçirən türk pilotların uçuçları "təhlükəsizlik" səbəbi ilə dayandırılıb. 

Avropa.info xəbər verir ki, məlumatı aviabazanın komandiri briqada generalı Tod Kenterburi açıqlayıb. 

Anadolu Agentliyinə açıqlama verən yüksəkvəzifəli Pentaqon rəsmisi "Luk avibazası komandiri Tod Kenterburi keçən cümə türk pilotların funksionallığını dayandırmaq əmri verdi. Komandir təhlükəsizliyə istinad edir. Bu nazir müavini Patrik Şanahanın türk anzir Hulusi Akara göndərdiyi məktuba əks niyyət daşımır", deyib. 

Türk pilotların hər hansı təhlükəsizlik problemi yaratmadığı halda baza komandirinin belə qərar verməsi diqqətdən yayınmayıb. 

Anadolu Agentliyi müxbirinə açıqlama verən Pentaqon katibi polkovnik-leytenant Mayk Endrü "Nazirlik Luk aviabazasındakı türk pilotların uçmamasından xəbərdardır. Türkiyə siyasətini dəyişdirməzsə, türk müttəfiqlərimizlə F-35 proqramında iştiraklarını azaltmaqla bağlı birlikdə işləyəcəyik". 

Qeyd edək ki, Türk Hava Qüvvələrinin 2 təlimçi, 4 pilot və 20 xidmət personalı olmaqla 26 üzvü Arizona ştatındakı Luk avibazasında qulluq edir.  


Oxşar yazılar