Azərbaycan, Türkiyə və Gürcüstan Müdafiə nazirlərinin görüşü keçirilir – Fotolar

  • 10:25 - 12 İyun

Bu gün Qəbələ şəhərində Azərbaycanın Müdafiə naziri, general-polkovnik Zakir Həsənov, Türkiyənin Milli Müdafiə naziri Hulusi Akar və Gürcüstanın Müdafiə naziri Levan İzoriya arasında üçtərəfli görüş keçirilir.

APA-nın yerli bürosunun xəbərinə görə nazirlər əvvəlcə Qəbələ şəhərindəki Şəhidlər Xiyabanını ziyarət edib, Azərbaycanın ərazi bütövlüyü uğrunda canından keçmiş Vətən övladlarının xatirəsini ehtiramla yad edib, "Əbədi məşəl" abidəsi önünə və şəhid məzarları önünə gül dəstələri düzüblər.

Sonra hər üç ölkənin müdafiə naziri ümummilli lider Heydər Əliyevin Qəbələ şəhərindəki abidəsini ziyarət edərək, önünə gül dəstələri düzüb. 

Heydər Əliyev Konqres Mərkəzində başlayacaq görüşdə ikitərəfli və üçtərəfli formatda əməkdaşlığın inkişaf etdirilməsi, regional layihələrin təhlükəsizliyinin təmin olunması və bir sıra digər məsələlər barədə fikir mübadiləsi aparılacaq.

 

 

 

 

 

 

 


Oxunma sayı: 5973

Oxşar yazılar