Nobel pospektində ağır qəza – Xəsarət alan var (Video)

  • 12 İyn - 2019

Bakının Xətai rayonunda baş vermiş yol-nəqliyyat hadisəsi zamanı bir nəfər xəsarət alıb.

Avropa.info APA-ya istinadla xəbər verir ki, avtoqəza Nobel prospektində qeydə alınıb.

Belə ki, Şahbazov Elçin Azər oğlu idarə etdiyi 90-OX-034 dövlət nömrə nişanlı "Mercedes" markalı minik avtomobili ilə Nobel pospektində hərəkətdə olarkən qəfildən idarəetməni itirib. Nəticədə avtomobil Şərifov Elşən Nail oğlunun idarə etdiyi 90-ZA-083 dövlət qeydiyyat nişanlı "Kia" markalı minik maşınına çırpılıb. Zərbənin təsirindən "Kia" yolayırıcı maneəyə çırpılıb.

Hadisə nəticəsində "Kia"da olan bir sərnişin xəsarət alıb, avtomobillərə də ciddi ziyan dəyib.

Yol qəzasının təfərrüatlarını Xətai polisi araşdırır. 


Oxunma sayı: 253

Oxşar yazılar