Lukaşenko sinoptikləri hədələdi - "Onları ya qovmaq, ya da başa salmaq lazımdır"

  • 11 İyn - 2019

 Belarus prezidenti Aleksandr Lukaşenko ölkəsinin sinoptiklərindən narazıdır.

Virtualaz.org-un yerli KİV-ə istinadən məlumatına görə, Lukaşenko bildirib ki, sinoptiklər hava haqqında məlumatı düzgün vermirlər. Belarus lideri bu səbəbdən onları işdən qovmaqla hədələyib: “Nəsə etmək lazımdır. Onları ya qovmaq, ya da başa salmaq lazımdır”.

Prezident mütəxəssislərdən narazı olduğunu vurğulayarkən onları vəzifələrini yerinə yetirə bilməməkdə qınayıb. Onun sözlərinə görə, Belarusun sinoptikləri real hava şəraitini çox vaxt düzgün proqnozlaşdıra bilmirlər.

Belarus lideri onu da bildirib ki, hava proqnozunu güc stukturlarından öyrənir.


Oxşar yazılar