Cəlilabadda bədbəxt hadisə : uşaq atasının maşını altında qalaraq ölüb

  • 11 İyn - 2019

Cəlilabad rayonunda azyaşlı uşaq maşın altında qalaraq dünyasını dəyişib.

Hadisə bu gün axşam saatlarında rayonun Sabirabad kəndində baş verib.

Kənd sakini Nicat Əliyev həyətin qarşısında saxladığı “Qazel” markalı avtomobili hərəkətə gətirərkən, 11 yaşlı oğlu Samir Əliyevi görməyib. Nəticədə azyaşlı oğlu maşının altında qalaraq hadisə yerində dünyasını dəyişib.

Fakla bağlı araşdırma aparılır.


Oxunma sayı: 671

Oxşar yazılar