Meksikada baş vermiş atışmada 9 nəfər ölüb

  • 11 İyn - 2019

Meksikanın ABŞ-la sərhəddə yerləşən Sonora ştatının iki şəhərində silahlı insident baş verib, azı 9 nəfər ölüb.

"Report" RİA "Novosti"yə istinadən xəbər verir ki, bu barədə ştatın Baş Prokurorluğu məlumat yayıb.

İlkin məlumatlara görə, 5 nəfər Agua Prieta, 4 nəfər isə Nako şəhərində öldürülüb.

Hadisə baş vermiş ərazilərdə polis ölənlərin meyitini və güllə izləri olan avtomobillər aşkar edib.


Oxşar yazılar