Zelenski xarici işlər naziri vəzifəsinə namizəd irəli sürüb

  • 22:40 - 11 İyun

Ukrayan prezidenti Vladimir Zelenski xarici işlər naziri vəzifəsinə Vadim Pristaykonun namizədliyini irəli sürüb.

Ukrayna KİV-lərinin məlumatına görə, bunu Prezident Administrasiyası rəhbərinin müavini Ruslan Ryaboşapka bildirib.

Prezident XİN başçısı vəzifəsinə namizədi Ali Radaya təqdim edib.

V.Zelenski eyni zamanda Pavel Klimkinin xarici işlər naziri vəzifəsindən azad olunması haqqında sərəncam imzalayıb.

Qeyd edək ki, Vadim Pristayko 1970-ci il fevralın 20-də Odessa vilayətinin Kiliya şəhərində anadan olub. 2017-ci ildən xarici işlər nazirinin birinci müavini işləyib. 2012-2014-cü illərdə Ukraynanın Kanadada fövqəladə və səlahiyyətli səfiri işləyib. 2019-cu il mayın 22-də Ukrayna Prezident Administrasiyası rəhbərinin xarici siyasət məsələləri üzrə müavini təyin olunub.


Oxunma sayı: 4664

Oxşar yazılar