AVRO-2020: Azərbaycan Slovakiyaya böyükhesabla məğlub olub - YENİLƏNİB

  • 21:40 - 11 İyun

Azərbaycan millisi AVRO-2020-nin seçmə mərhələsində növbəti oyununu keçirib.

 Nikola Yurçeviçin rəhbərlik etdiyi kollektik Slovakiyanı qəbul edib. "Bakcell Arena"da keçirilmiş qarşılaşma Azərbaycan yığmasının 1:5 hesablı məğlubiyyəti ilə yekunlaşıb. Görüşdə hesab 8-ci dəqiqədə açılıb. Qonaqların heyətində Stanislav Lobotka komandasını önə keçirib. 27-ci dəqiqədə isə Yuray Kuçka cərimə zərbəsindən baxımlı qola imza atıb. Matçın 29-cu dəqiqəsində Ramil Şeydayev fərqlənməklə Azərbaycan millisini ümidləndirib. Qoldan bir dəqiqə sonra Slovakiyanın kapitanı Marek Hamşik fərqi yenidən artırıb. İlk hissə bu hesabla da başa çatıb. 57-ci dəqiqədə Hamşik özünün ikinci komandasının 4-cü qolunu vurub. Bu da matçdakı sonuncu qol olmayıb. 85-ci dəqiqə David Hançko Azərbaycan millisini 5-ci dəfə məyus edib.

Bu nəticədən sonra Slovakiya xallarının sayını 6-a çatdırıb. Azərbaycanın isə 3 oyundan sonra sıfır xalı var.

E qrupunun digər oyununda Macarıstan Uelsi qəbul edəcək. Həmin qarşılaşma Bakı vaxtı ilə saat 22:45 də başlayacaq.

****

Azərbaycan millisi AVRO-2020-nin seçmə mərhələsi çərvicəsində Slovakiya ilə görüşdə hesabda geri düşüb. 
Bakıda keçirilən matçda yığmamızın qapısına Stanislav Lobotka yol tapıb - 0:1. 

***

Saat. 20:00

 

AVRO-2020-nin seçmə mərhələsində IV turun ikinci oyun günü start götürüb.

 E qrupunda mübarizə aparan Azərbaycan milli komandası da bu gün növbəti matçına çıxıb.

Qarşısına final mərhələsinə vəsiqə qazanmaq vəzifəsi qoyulan yığmamız Slovakiyanı qəbul edir. Bu, komandamızın cari tsikldə üçüncü görüşüdür.

Bunadək səfərdə Xorvatiyaya 1:2, evdə Macarıstana 1:3 hesabı ilə uduzan Nikola Yurçeviçin yetirmələri ilk xalını slovaklardan almağa çalışacaq. Komandamız bu seçmə mərhələdə ikinci ev oyununda da azarkeşlərini üzməmək üçün məğlub olmamalıdır.

Millimiz 3 xal əldə etsə, bu, N.Yurçeviçin komandamızın “sükanı arxası”nda ilk qələbəsi olacaq. Qələbə həmçinin yığmamızın sonuncu pillədən qurtulması üçün kifayət edəcək.

Matç yığmamızın tarixində 250-ci oyunu olacaq. Bunadək 249 dəfə meydana çıxan komandamız yubileydə uğur qazanmaq əzmindədir.

Qeyd edək ki, qrupumuzun digər oyununda Macarıstan Uelsi qəbul edəcək.
 

AVRO-2020-nin seçmə mərhələsi
E qrupu, IV tur
11 iyun
20:00. Azərbaycan - Slovakiya - 0:1

QOL: Lobotka, 8
Baş hakim: Con Biton
Baş hakimin köməkçiləri: Alan Malvanni, Sin Kerr
Dördüncü hakim: Donald Robertson (hamısı Şotlandiya)
Azərbaycan: 1. Səlahət Ağayev, 2. Qara Qarayev, 3. Şəhriyar Rəhimov, 5. Maksim Medvedev (k), 6. Bədavi Hüseynov, 7. Araz Abdullayev, 9. Ağabala Ramazanov, 11. Ramil Şeydayev, 14. Rəşad Eyyubov, 18. Anton Krivotsyuk, 20. Riçard Almeyda
Ehtiyat oyunçular: 12. Emil Balayev, 23. Şahruddin Məhəmmədəliyev, 4. Rahil Məmmədov, 8. Emin Mahmudov, 10. Mahir Emreli, 13. Dmitri Nazarov, 15. Namiq Ələsgərov, 16. Rüfət Dadaşov, 17. Renat Dadaşov, 19. Əli Babayev, 21. Pavel Paşayev, 22. Aleksey İsayev
Baş məşqçi: Nikola Yurçeviç
Slovakiya: 23. Martin Dubravka, 2. Peter Pekarik, 3. Denis Vavro, 10. Albert Ruşnak, 11. Robert Bojenik, 14. Milan Şkrinyar, 16. David Hançko, 17. Marek Hamşik (k), 19. Yuray Kuçka, 20. Robert Mak, 22. Stanislav Lobotka
Ehtiyat oyunçular: 1. Matuş Kozaçik, 12. Marek Rodak, 4. Branislav Ninay, 5. Lyubomir Şatka, 6. Yan Qrequş, 7. Yaroslav Mixalik, 8. Andrey Duda, 9. Lukas Harastin, 13. Patrik Qroşovski, 15. Robert Mazan, 18. Pavol Şafranko, 21. Matuş Bero
Baş məşqçi: Pavel Hapal
Bakı. “Bakcell Arena” stadionu 

1Macarıstan32015-46
2Xorvatiya32015-46
3Uels21012-23
4Slovakiya21012-13
5Azərbaycan20022-50

Oxunma sayı: 8250

Oxşar yazılar