Gürcüstan və Azərbaycan arasında hərbi sahədə əməkdaşlıq planı imzalanacaq

  • 22:05 - 11 İyun

Gürcüstanın müdafiə naziri Levan İzoriaAzərbaycana səfəri çərçivəsində Müdafiə naziri, general-polkovnik Zakir Həsənovla görüşəcək.

Bu barədə Gürcüstanın Müdafiə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, görüşdən sonra Gürcüstan və Azərbaycan arasında 2019-cu il üçün hərbi sahədə əməkdaşlıq planı imzalanacaq. L.İzoria həmçinin Türkiyənin müdafiə naziri Hulusi Akarla da görüşəcək və hərbi sahədə ikitərəfli əməkdaşlıq məsələlərini müzakirə edəcək.

İkitərəfli görüşlərdən sonra Gürcüstan-Azərbaycan-Türkiyə formatında nazirlərin üçtərəfli görüşü baş tutacaq. Görüşdə regional təhlükəsizlik və müdafiə sahəsində əməkdaşlıq məsələləri müzakirə olunacaq.

Qeyd edək ki, iyunun 12-də keçiriləcək üçtərəfli görüşdə iştirak etmək üçün L.İzoria artıq Qəbələdədir. 

 

 

report


Oxunma sayı: 8800

Oxşar yazılar