Zelenski 15 vilayət qubernatorunu işdən azad edib

  • 11 İyn - 2019

Ukrayna prezidenti Vladimir Zelenski 15 vilayətin qubernatorlarını işdən azad edib.

Bunu Prezident Administrasiyası rəhbərinin müavini Ruslan Ryaboşapka açıqlayıb. O bildirib ki, Çerniqov, Xmelnits, Xerson, Ternopol, Sum, Poltava, Odessa, Nikolayev, Lvov, Kirovoqrad, Kiyev, İvano-Frankov, Zaparojye, Zakarpatye və Volınsk vilayətlərinin rəhbərləri vəzifədən uzaqlaşdırılıblar.

Prezident həmçinin Ukrayna Təhlükəsizlik Xidmətində rəhbər vəzifəsini tutan bir sıra şəxsləri də işdən azad edib. Vəzifədən uzaqlaşdırılanlar arasında xidmətin rəis müavinləri Oleq Frolov və Vladislav Kosinski, həmçinin bir sıra regional idarələrin rəhbərlərinin adları da var. Onlar seçki kampaniyası zamanı qanuna zidd fəaliyyətlərdə ittiham olunurlar.


Oxşar yazılar