Qazaxıstan prezidentinin inauqurasiya mərasimində xarici qonaqlar olmayacaq

  • 17:54 - 11 İyun

Qazaxıstanın yeni seçilmiş prezidenti Kasım-Jomart Tokayevin inauqurasiya mərasimi xarici qonaqlar olmadan keçiriləcək.

"Report" xəbər verir ki, bunu dövlət başçısının mətbuat katibi Berik Kurmanqali deyib.

Qazaxıstan Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Aybek Smadiyarov isə, öz növbəsində, qeyd edib ki, Qazaxıstanda akkreditə olunmuş diplomatik korpus mərasimə dəvət olunub.

Qeyd edək ki, Qazaxıstanın yeni prezidenti iyunun 12-də paytaxt Nur-Sultan şəhərində and içəcək.


Oxunma sayı: 1309

Oxşar yazılar