Son dəqiqə : PKK terror təşkilatından Bərzaniyə müharibə elanı, İmamoğluna dəstək açıqlaması - "Birləşərək İstanbulda AKP faşizminin məzarını qazacayıq"

  • 16:35 - 11 İyun

Terror təşkilatı PKK-nın icra heyətinin üzvü Duran Kalkan, Məsud Bərzaninin liderliyindəki Kürdüstan Demokrat Partiyasının Hakruk əməliyyatında Türkiyəyə dəstək verdiyini açıqlayaraq, Bərzaniyə müharibə elan edəcəklərini deyib. 

Avropa.info xəbər verir ki, PKK terror təşkilatınınnəzarətində olan "Medya Haber" TV-nin "Ölkədən" proqramına qatılan Kalkan, İstanbul seçkilərindən danışaraq, CHP və İyi partiyanın İstanbul namizədi Əkrəm İmamoğluna dəstəyini bir daha təkrarlayıb. 

Bərzaniyə bağlı KDP-nin Hakruk əməliyyatında Türkiyəyə dəstək verdiyini iddia edən Kalkan, İraq Kürdüstanı Regional hökumətinin rəsmi ordusu olan peşmərgəni müharibə ilə təhdid edib. 

"KDP-nin Türkiyə ilə bir əlaqədə və ittifaqda olduğunu duyuruq. Türkiyə şimaldan təpələri tutarkən, KDP peşmərgələri də cənubdan bizim nəzarətimizdə olan təpələri tutmaq istəyirmiş.

Beləliklə, Türkiyə ordusu və KDP qüvv

ələri PKK-ya qarşı birgə əməliyyat aparırlar. Bu doğrudursa çox təhlükəlidir. KDP rəhbərliyi 1997-ci ildə olduğu kimi bir plan işlədərsə, Türkiyənin hücumlarına qarşı PKK-nın mövqelərini zəiflətməyə çalışarsa, bu müharibə deməkdir. Mən buradan açıq deyirəm, bu KDP ilə PKK arasında müharibə deməkdir. Onlar 1997-ci ildəki kimi PKK-nı cənubdan vurmağa çalışarlarsa, müharibə olacaqdır" - terrorçu Kalkan belə deyib.

İstanbul seçimlərindən də danışan Duran Kalkan CHP və İyi partiyanın namizədi, HDP-nin də kənardan dəstək verdiyi Əkrəm İmamoğlunun qələbə qazanacağına inandığını bildirib.  2015-ci ildə AK Partiyanın PKK-ya qarşı savaşla seçkilərdə uğur əldə etdiyinə diqqət çəkən Kalkan,  hakim partiyanın indi də Afrin, Sideka-Bradost və Hakurk əməliyyatıyla İstanbulda seçkini qazanmaq istədiyini deyib. 

"AK Partiya "Kürdüstan"ın işğalı üzərində iqtidar olmaq istəyir. İstanbuldakı HDP tərəfdarı kürdlər buna icazə verməyəcək, AK Partiya faşizminə icazə verməyəcəklər. Bu məsələdə kimsə yanlış hesab yürütməsin, öz "işğalçılarına" öz məzarlarını qazırcasına səs verməsinlər. 

CHP-nin mövqeyi və duruşu bu baxımdan xüsusilə vacibdir. CHP və onun müttəfiqləri möhkəm duracaqlarmı, AKP-MHP təcavüzü qarşısında möhkəm dayacaqlarmı, bu çox vacibdir. Sağlam durmaq nədir? Gizli, qaranlıq məsələlər olmamalıdır. Prezident seçkilərində olduğu kimi geri çəkilməməlidilər. Həqiqətən, İstanbulda AK Partiya - MHP ittifaqını dərin bir məğlubiyyətə uğratmaq lazımdır. 

CHP-nin dik durduğu təqdirdə, AKP-MHP ittifaqı səslərin 40 faizini ala bilməyəcək. Başqa sözlə desək, 31 martda aldıqları səslərin üçdə birini və dörddə birini itirə bilərlər. Əkrəm İmamoğlu deyir ki, "mən demokratiya üçün mübarizə aparacağam" və dediklərini edərsə, 60 faiz ala bilər. Bu baxımdan vacibdir. 

31 mart əslində bir bələdiyyə seçkiləri deyil, bu seçki ümumən siyasi rəhbərliyi təyin edəcək. Türkiyə və "Şimali Kürdistandakı" seçkilər gəlib İstanbulda düyünləndi, bu seçkilər Türkiyəni bundan sonra kimlərin idarə edəcəyini təyin edəcək "  - Duran Kalkan belə deyib. 

Avropa.info    


Oxunma sayı: 12474

Oxşar yazılar