"İlin bu vaxtı onlarla heç kəs rəqabət apara bilməz" - Rusiya təşkilatından Türkiyəyə tərif

  • 11 İyn - 2019

Bu yay tuuristlər arasında ən tələb olunan istiqamət və turoperatorlara daxil olan müraciət Türkiyə ilə bağlı olub. 

Avropa.info xəbər verir ki, bu açıqlama ilə Rusiya Turistik Operatorları Assosasiyası çıxış edib.  

"Yay vaxtı Türkiyə ilə heç kəs rəqabət apara bilməz. Qiymətlər və təklif olunan servisin səviyyəsi o qədər yüksək balanslaşdırılıb ki. Hətta çarter reysləri uçsa belə Misir çox isti iqlimi ilə rus turistləri bu qədər cəlb edə bilməzdi" - Travelata.ru servisinin baş direktoru belə deyib. 

Rus turistlər arasında ikinci yeri Rusiyanın özü tutub. Ölkə daxili çimərlik istiqamətləri keçən il ilə müqayisədə 5-20% artıb. 

Reytinqdə üçlüyə Tunis daxil olub. Ruslar adətən Tunisin Hammamet və Sus kurortlarına gedirlər. 

Qeyd edək ki, keçən il ilə müqayisədə Türkiyəyə səfərlər 25-30% bahalaşsa da, Türkiyə ruslar arasında ən populyar istiqamət olaraq qalır. 


Oxunma sayı: 253

Oxşar yazılar